Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Bakıya geri qaytarılıb. Bu barədə 16 may tarixində AZAL öz Facebook səhifəsində məlumat verib.
Məlumata əsasən, bu barədə J2 251 nömrəli reysini yerinə yetirən hava gəmisinin kapitanı qərara gəlib. Təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Naxçıvana yola düşəcək.