“Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir. Bu barədə mayın 31-də AZAL məlumat yayıb.
Qeyd olunub ki, hazırda saytlarda texniki işlər aparılır.
“Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq”, - deyə əlavə olunub.