“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri Azərbaycana indiyədək 163 milyard dollardan çox gəlir gətirib. Report məlumat verir ki, bu barədə 2 iyun tarixində energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
Nazir qeyd edib ki, indiyə qədər həmin yataqlardan 555 milyon ton neft, 168 milyard kubmetr qaz və 36 milyon ton kondensat hasil edilib.
Qeyd edək ki, cari ilin may ayının 1-dək “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixrac edilib. Bakı Enerji Forumu iyunun 4-dək davam edəcək. Son sessiya isə Şuşada keçiriləcək.