Azərbaycan Xarici İşlər Nazirliyi baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Əfqanıstana başsağlığı verib. Bu barədə Nazirliyin Twitter hesabında qeyd olunub.
“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə bildirilib.
Qeyd edək ki, 6,1 ballıq zəlzələ iyunun 21-dən 22-nə keçən gecə baş verib. Ən azı 950-dən çox insanın vəfat etdiyi bildirilir. Dağıntılar təmizləndikcə qurbanların sayının artacağı istisna edilmir.
We are deeply saddened by the tragic loss of life & destruction caused by the devastating earthquake in #Afghanistan. We extend our deep condolences to the families of those who lost their lives in this disaster & wish to those injured a speedy recovery.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) June 22, 2022