Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib. Bu barədə məlumat İnterpolun saytında qeyd olunub.
Bildirilib ki, Azərbaycan vətəndaşı, 1979-cu ildə anadan olan Yusif Əliyev külli miqdarda dələduzluqda və sağlamlığa ağır zərər vurma əməllərində təqsirləndirilir.
Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.