Dünya və Avropa çempionu Rövşən Xəlilov pauerliftinq üzrə Azərbaycan çempionatında xəsarət alıb. Bu haqda mayın 30-da Oxu.az məlumat yayıb.
O, 301 kiloqram çəki dərəcəsini qaldırarkən müvazinətini saxlaya bilməyərək arxaya yıxılıb. Nəticədə ştanq idmançının sağ ayağına düşüb.
Xəstəxanaya yerləşdirilən idmançı növbəti gün mükafatlandırma mərasimində ayağı gipsdə olaraq iştirak edib.
Fövqəladə Hallar Nazirliyi əməkdaşı olan R. Xəlilov 82 kiloqram üzrə üç hərəkətin cəminə (powerlifting) və yerdən qaldırmada çempion olmaqla üç qızıl medal qazanıb.
View this post on Instagram