Azərbaycanda “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Bu barədə oktyabrın 15-də Prezident İlham Əliyev Fərman imzalayıb.
Məqsəd ölkədə elmi fəaliyyətin inkişafının, elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılmasıdır.
Bu, həmçinin həmin sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi üçün edilib.
Fondun nizamnamə kapitalı 4 157 866 manatdır.