Azərbaycan gömrükçüləri narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar. Bu barədə iyunun 28-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bakı-Doha aviareysi ilə gedən Pakistan vətəndaşı Umar Muhammada məxsus çamadanlar rentgen aparatından keçərkən monitorda şübhəli əşyaların təsviri əks olunub. Həmin sərnişin gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı çamadanda gömrük nəzarətindən gizlədilən 4 kiloqram 130 qram heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.