Dünən, iyunun 22-də İtaliyanın paytaxtı Roma şəhərində güləş üzrə Matteo Pellikone turniri start götürüb. Yarışlar yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayıb.
Turnirin ilk günündə Azərbaycan idmançıları 8 medal qazanıb. Belə ki, Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) qızıl, Eldəniz Əzizli (60 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Beka Kandelaki (130 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, cari ilin 3-cü reytinq turniri statusunu daşıyan turnir iyunun 25-dək davam edəcək.