Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə dünya çempionatında gümüş medal qazanıb. Bu haqda İnsanoid oktyabrın 22-də Report-a istinadən xəbər yayır.
Yarış İspaniyanın Pontevedra şəhərində keçirilir. İdmançımız finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə və Nihat Məmmədli gümüş, Qurban Qurbanov isə qızıl medal qazanıblar.