Dünən, iyunun 14-də Rumıniyanın paytaxtı Buxarest şəhərində davam edən güləş üzrə U-17 Avropa çempionatında Azərbaycanın yunan-roma güləşçisi Fəraim Mustafayev finalda erməniyə qalib gələrək qitə çempionu adını qazanıb.
Həlledici görüşdə 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Hayk Lyudviqyana 13:4 hesabı ilə qalib gəlib. Dünən, həmçinin Elvin İbadov (48 kq), Seymur Qasımov (65 kq) və İsmayıl Rzayev (80 kq) finalda uduzaraq gümüş medallarla kifayətləniblər. Bu gün daha 4 güləşçimiz medal uğrunda həlledici görüşlərə çıxacaq.
Qeyd edək ki, bu, güləşçimizin üçüncü Avropa çempionluğudur. Bundan öncə, 2019-cu (U-15) və 2021-ci (U-17) illərdə də Fəraim qitə birinciliyində 1-ci yerə layiq görülüb.