"Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub". Bunu Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
Bu barədə 24 oktyabr tarixində Report xəbər verir.
“Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarışılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir", - dövlət başçısı bildirib.