Türkiyənin İzmir şəhərində “Efes-2022” çoxmillətli təlimi davam edir. Bu barədə mayın 26-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycanı beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.
Plana uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları yerinə yetirilib.