Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib. Bu barədə İnsanoid diplomatik missiyanın sosial şəbəkə hesabına istinadən bu gün, 3 iyul tarixində xəbər verir.
Mətndə qeyd olunur:
“Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.
Xatırladaq ki, Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.