2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycan iqtisadiyyatına 4,91 milyard manat investisiya yatırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır. Bu barədə məlumat 13 iyun tarixində Dövlət Statistika Komitəsinin hesabatında əks edilib.
Məlumata əsasən, neft-qaz sektoruna yatırımların həcmi 23,6% azalsa da, qeyri-neft-qaz sektoruna 14,6% artıb. İnvestisiyaların 3,6 milyard manatdan çox hissəsini daxili vəsaitlər təşkil edib.
İstifadə olunmuş vəsaitin 2,8 milyard manatı məhsul istehsalı sahələrinə, 1,8 milyard manatı xidmət sahələrinə, 286,9 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf edilib.