Azərbaycan İranla təbii qaz sahəsində əməkdaşlığın genişlənməsi ilə bağlı Memorandum imzalayıb. Bu haqda iyunun 3-də iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında xəbər verib.
Həmçinin məlumatda bildirilir ki, İran İslam Respublikasının neft naziri Cavad Övci ilə keçirilən görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı müzakirə olunub.
İran İslam Respublikasının neft naziri Cavad Övci ilə ölkələrimiz arasında #iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışdıq. İranın Neft Nazirliyi ilə imzaladığımız #Memorandum ölkələrimiz arasında #təbiiqaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək. pic.twitter.com/AM68dS21TY
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 3, 2022