Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılır. Bu haqda iyunun 30-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bununla bağlı Azərbaycanın Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin “Technion” Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssis hazırlayacaq.
Tədris Bakıda “Technion” Universitetinin professor-müəllim heyəti tərəfindən ingilis dilində aparılacaq.
Yaxın zamanlarda proqrama qəbul elan olunacaq. Proqrama 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları qatıla biləcəklər.