top
Azərbaycan kinoteatrlarının TOP-5 əsas problemi
07 may 2022, 06:34
- ↺ +

Azərbaycan kinoteatrlarının TOP-5 əsas problemi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Keçən il oktyabrın 1-dən Azərbaycanda kinoteatrların fəaliyyəti bərpa olunub. Xatırlayırsınızsa, pandemiya başlayandan kinozallar bağlanmışdı. 8 aydır fəaliyyət göstərməklərinə baxmayaraq, izləyicilər yerli kinoteatr şəbəkələrindən narazıdırlar.

Bizə ünvanlanan əsas problemləri nəzərdən keçirtdik və əmin olmaq üçün özümüz də həm ParkCinema-ya, həm də CinemaPlus-a kino izləməyə yollandıq.

Rastlaşdığımız əsas problemlər:


  1. Filmlərin Azərbaycan dilində dublyaj/altyazı ilə nümayiş olunmaması. Düzdür, bəzi seanslarda (müqayisə üçün, “Doktor Strenc”in 123 seansından cəmi 21-i) kinolar Azərbaycan dilində altyazı ilə göstərilir, digərləri isə tam rus dilində və ya rus dilli altyazı ilə nümayiş olunur. IMAX, Laser, DolbyAtmos formatında filmləri rus dilini bilmədən izləyə bilməyəcəksiniz, çünki heç altyazı belə yoxdur.

  2. Azərbaycan dilində altyazı ilə olan filmlər isə başqa dərddir. Kino izləyərkən gözə batan qrammatik səhvlər dəfələrlə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

  3. Qoyulan yaş məhdudiyyətinə heç kəs nəzarət etmir. 16+ kateqoriyalı kinolarda 6-7 yaşlı uşaqları görmək adi hala çevrilib. Azyaşlılar isə öz kefində zalda qaçır, gülür, qışqırır. Təbii ki, buna da nəzarət edən olmur.

  4. “Kinoteatra qida və içki məhsullarını gətirmək qadağandır” yazılsa da, kassada alınan yemək və içkiləri zala keçirtməyə icazə verilir. Lakin eyni məhsulu marketdən ikiqat ucuz qiymətə alıb gətirsəniz və bunu nəzarətçi görsə, “qadağa qüvvəyə minir”. Sözsüz, nəzarətçi görmədən keçirə bilsəniz, heç bir çətinlik yaranmayacaq.

  5. Daha bir absurd qayda - kinoteatra alkoqollu içkilər gətirmək olmaz, amma kassada pivənin çeşid-çeşid növlərini ala bilərsiniz. Özünüzlə gizli gətirdiklərinizi də heç kəs yoxlamayacaq. Necə deyərlər, bacarana can qurban.


Karantindən sonra biletlərin və kassada satılan qida və içkilərin qiyməti qalxsa da, xidmət sahəsində heç bir dəyişiklik nümayiş olunmur.

Başqa hansı problemləri qeyd edə bilərsiniz?

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
09 noyabr 2026, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
09 noyabr 2026, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
09 noyabr 2026, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
09 noyabr 2026, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
09 noyabr 2026, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
09 noyabr 2026, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
09 noyabr 2026, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
09 noyabr 2026, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
09 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər