Azərbaycan məhsulları Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Import Goods Fair 2022" beynəlxalq sərgisində təqdim olunub. Bu haqda iyunun 28-də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO məlumat verib.
Sərgidə iki ölkə arasında əlaqələrin artırılması üçün bir sıra görüşlər keçirilib, ölkəmizin ixrac potensiallı məhsulları barədə məlumat verilib.
AZPROMO 2003-cü ildə təsis edilib. Agentliyin əsas məqsədləri qeyri-neft sektorunun ixracının stimullaşdırması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi, yerli və xarici biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsidir.