2021-ci ili Azərbaycan Mərkəzi Bankı (AMB) 162 milyon 746 min manat xalis zərərlə başa vurub. Bu barədə məlumat Bankın son hesabatında əks edilib.
Məlumata əsasən, 2020-ci ildə AMB-nin mənfəəti 52,5 milyon manata yaxın olub. Hesabatda qeyd edilib ki, ötən il AMB dövlət büdcəsinə 250 milyon manat vəsait köçürüb.
Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinə bir milyard manat vəsait köçürülüb.