Azərbaycan meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyəyə amfibiya tipli təyyarə göndərib. Bu barədə iyunun 23-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.
Qeyd edək ki, həmin bölgədə hazırda meşə yanğınları davam edir.