İyunun 24-ü gecə saatlarında Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsində yerləşən mövqelərindən açılıb.
“Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə əlavə edilib.