Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində Ermənistanın hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfin hərbçisi David Vardanyanın yaralanması Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumatdır”, - deyə vurğulanıb.