Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana səfər edib. Bu haqda iyunun 6-da Report məlumat yayıb.
İyunun 11-dək davam edəcək səfər çərçivəsində Tbilisi Cümə məscidi ziyarət olunacaq, Gürcüstanın Müsəlmanlar İdarəsi, Dini Məsələlər üzrə Dövlət Agentliyi və digər qurumlarda görüşlər keçiriləcək.