Ombudsman İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası və Mərakeşin Ombudsman Aparatı ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu haqda oktyabrın 19-da Report xəbər yayıb.
Memorandumlar bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilən “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı çərçivəsində imzalanıb.
Memorandumlara Ombudsman Səbinə Əliyeva və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Hacı Ali Açıkgül, Mərakeşin Ombudsmanı Mohamed Benalilou imza atıb.