Füzuli rayonunun Qayıdış 1 qəsəbəsi ərazisində ordumuzun baş giziri Zahid Səlimov yol qəzasında həyatını itirib. Bu haqda mayın 14-də Report məlumat yayıb.
Qəzada “Hyundai” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində daha 2 nəfər yaralanıb.
Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Zahid Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.