Mayın 31-dən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələrində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə iyunun 6-da Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən açılıb.
“Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, mayın 30-da Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi atəşə tutulmuşdu.