Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə 20 oktyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərdən açılıb.
“Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb”, - məlumatda bildirilib.