Azərbaycan Ordusunun zabiti Seydullah Məhərrəmov yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 11 iyul tarixində xəbər verir.
Onun yaxınları bu haqda məlumat veriblər. Məlumatı Müdafiə Nazirliyi də təsdiqləyib.
Qaxın Qorağan kəndindən olan Seydullah Məhərrəmov Vətən müharibəsində də iştirak edib.
O, Cəbrayıl və Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.