İndiyə qədər Azərbaycan Özbəkistana 64 milyon dollar, Özbəkistan isə Azərbaycana 18,5 milyon dollar investisiya yatırıb. Bu barədə 21 iyun tarixində Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyevaya istinadən Report məlumat verib.
Məlumata əsasən, Özbəkistanda 40-dan çox Azərbaycan şirkəti, Azərbaycanda isə 53 Özbəkistan şirkəti fəaliyyət göstərir. Vitse-prezidentin sözlərinə görə, Azərbaycan şirkətləri Özbəkistanda biznes qurmaqda çox maraqlıdırlar.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2022-ci ilin ilk 5 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65 milyon dollara yaxın olub. 2021-ci ilin eyni dövründə isə bu rəqəm 40 milyon dollara yaxın olub.