Yaponiyanın paytaxtı Tokioda parkur üzrə ilk dünya çempionatı başlayıb. Yarışda Azərbaycan millisi də iştirak edəcək. Bu barədə oktyabrın15-də İnsanoid azerisport.com saytına istinadən xəbər verir.
Ölkəmizi iki idmançı - Mirəli Miriyev və İsrafil Əliyev təmsil edir. Hər ikisi “freestyle” proqramda çıxış edəcək. Həmçinin Əliyev sürət kateqoriyasında qüvvəsini sınayacaq.
Ümumilikdə çempionatda dörd mükafat dəsti oynanılır.