Azərbaycan tərəfi Bakıya ekstradisiya edilməli olan şəxslərin adlarının siyahısını Qarabağdakı separatçılara verib.
Bu barədə 20 sentyabr tarixində Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, siyahıda Qarabağdakı keçmiş separatçı liderlərin, Azərbaycan ərazisində separatizmdə fəal iştirak etmiş şəxslərin, o cümlədən Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan ordusuna və mülki əhaliyə qarşı vəhşiliklər və ağır cinayətlər törətmiş şəxslərin adları yer alıb.