Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq tədarükünə başlanılıb. Bu haqda iyunun 19-da vesti.ru xəbər portalı məlumat verib.
Qaz nəqli Interconnector Greece – Bulgaria (IGB) qitələrarası boru kəmərinin operatoru vasitəsilə həyata keçirilib.
Qaz kəmərinin tikintisinə 2019-cu ilin may ayında başlanılıb. 2022-ci ilin mart ayında isə IGB Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub. Ötürücülük qabiliyyəti illik 3 milyard kubmetr olan kəmərin dəyəri 240 milyon avrodur.