Azərbaycan Rumıniyaya 125 milyon dollar investisiya yatırıb. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədova istinadən APA məlumat verib.
O, həmçinin qeyd edib ki, Rumıniya şirkətləri Azərbaycana 30 milyon dollar investisiya qoyub.
Dövlət Gömrük Komitəsinin son hesabatına əsasən, cari ilin ilk 5 ayı ərzində Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 160 milyon dollara yaxın olub.