2024-cü il üzrə təhsil, səhiyyə və sosial müdafiə, sosial təminat xərclərinin məbləği müəyyənləşib.
Bu barədə 21 sentyabr tarixində Maliyyə Nazirliyi məlumat verib.
2024-cü ildə Azərbaycanda təhsil xərclərinin 4 549,9 milyon manat olması nəzərdə tutulur. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,2 % çoxdur.
Səhiyyə xərcləri isə 1 871,3 milyon manat təşkil edəcək. Bu, ötən ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,7 % çoxdur.
Gələn ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4542,2 milyon manat olması nəzərdə tutulur.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,2 % çoxdur.