Azərbaycan şirkətləri 22-24 may tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir. Bu barədə 23 may tarixində Dövlət Turizm Agentiliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, sərgidə Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC ilə yanaşı, 12 Azərbaycan turizm şirkəti iştirak edir. Nümayəndələrimiz xarici turizm şirkətləri ilə B2B görüşlər keçirilir və Azərbaycanın, o cümlədən işğaldan azad olunan torpaqların turizm potensialı haqqında məlumat verilir. Sərgidə Azərbaycan stendinə “Brilliant tərəfdaş” mükafatı təqdim edilib.
Qeyd edək ki, sözügedən sərgi hər il keçirilir. Cari ilin ilk 4 ayı ərzində Səudiyyə Ərəbistanından gələn ziyarətçilər ölkəmizə ən çox səfər edən xarici ölkə vətəndaşları arasında 6-cı yerdə qərarlaşıb.