İyunun 22-də Tokionun “Big Sight” sərgi salonunda açılan “Japan Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisində Azərbaycan şirkətləri iştirak edir. Bu barədə 22 iyun tarixində Azərtac məlumat yayıb.
Məlumata əsasən, sərgidə 1 500-ə yaxın şirkət iştirak edir. Tədbirdə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan yüksək keyfiyyətli, xüsusi orqanik məhsulları təqdim edilir.
Qeyd edək ki, 3 gün davam edəcək sərgiyə on minlərlə ziyarətçinin gələcəyi proqnozlaşdırılır.