Azərbaycan tarixinə dair ilk geniş həcmli atlas nəşr olunub. Bu haqda iyunun 22-də Oxu.az məlumat yayıb.
Atlas “Azərbaycan tarixi xəritələrdə” adlandırılır.
Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dönəmində mövcud olan quberniya və qəzaların xəritələri təqdim edilib.
Ümumiyyətlə, atlasa 198 xəritə daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.