Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 1 milyon manat ayırıb. Bu barədə 30 may tarixində Prezident Sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəsait “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması üçün ayrılıb.