İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Bu barədə ölkə başçısının Mətbuat Xidmətindən məlumat verilib.
Şarl Mişel Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi mina problemini qeyd edib və birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.