Xarici işlər naziri Ceyhun Bayramov mayın 20-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Bu haqda məlumat qurumun saytında yerləşdirilib.
Görüş Avropa Şurasının Nazirlər Komitəsinin 132-ci sessiyası çərçivəsində baş tutub. Nazirlər iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Həmçinin 1-3 iyunda Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu qeyd edilib.