Azərbaycan və Özbəkistan Qadın Sahibkarlar Assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə 29 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, Memorandum “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyası” ilə Özbəkistanın Qadınların Cəmiyyətdə Gender Bərabərliyi və Ailədə Rolunun Artırılması Komissiyasının nəzdində fəaliyyət göstərən “Sahibkar Qadınlar Klubu” arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.
Qeyd olunub ki, sözügedən sənədi Azərbaycanın və Özbəkistanın hər iki strukturunun rəhbərləri Səkinə Babayeva və Məmləkət Sodikova imzalayıblar.