Azərbaycan və Slovakiya Ukraynaya 18 tona yaxın humanitar yardım göndərib. Bu haqda iyunun 18-də “Чистые Сердцем” fondunun direktoru İrina Rabarskaya məlumat yayıb.
Yardım Vinnitsa vilayətində yaşayan məcburi köçkünlər, Nikolayev və Zaporojye vilayətlərinin sakinləri və müdafiəçiləri üçün nəzərdə tutulub.
Göndərilənlərin arasında tibbi ləvazimatlar, yemək və gigiyena məhsulları var.
[URIS id=54699]