top
Azərbaycan XİN Avropa İttifaqının bəyanatını rədd edib
19 sentyabr 2023, 09:27
- ↺ +

Azərbaycan XİN Avropa İttifaqının bəyanatını rədd edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının son hərbi eskalasiyanın səbəblərini, habelə Ermənistan silahlı qüvvələrinin həm mülki əhaliyə, həm də hərbi qulluqçulara qarşı həyata keçirdiyi qanunsuz hərbi fəaliyyətin dayandırılması istiqamətində Azərbaycanın öz suveren ərazilərində fəaliyyətini qəsdən təhrif edən bəyanatını rədd edir.

Bu barədə Report bu gün 19 sentyabr tarixində xəbər verib.

Bu barədə Azərbaycan XİN-in Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borelin Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkənin Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri ilə bağlı bəyanatının şərhində deyilir.

"Avropa İttifaqının hazırkı hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi.

Hazırda Azərbaycanın həyata keçirdiyi hərbi antiterror əməliyyatı Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən bir sıra irimiqyaslı hərbi təxribatlara və bir gündə erməni qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində baş verən mina partlayışında iki dinc sakin və dörd hərbçi həlak olmasına səbəb olan terror aktlarına qarşı yönəlib. Həmçinin minaatan hücumları nəticəsində iki hərbçimiz yaralanıb.

Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, ərazilərimizi boşaltmayan Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək mümkün irimiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfindən antiterror tədbirləri görülüb.

Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib.

Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir.

Azərbaycan bütün sakinlərini, o cümlədən erməni əsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir", - şərhdə bildirilir.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Bu gün, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Bu gün, 12:59

Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Bu gün, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Bu gün, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Yerli xəbərlər
Bu gün, 12:25

Şagirdlərin bilik səviyyəsinə görə dünya reytinqi: Azərbaycan 63-cü yerdə

Yerli xəbərlər
Bu gün, 12:05

Sürücülərin çoxunun bilmədiyi 10 qayda: Bu səhvlər cəriməyə səbəb olur

Yerli xəbərlər
Bu gün, 12:03

Vergi Məcəlləsinə mühüm dəyişikliklər: Taksi, kuryer, çipsi və gözəllik sektorunda yeni qaydalar tətbiq olunacaq

Yerli xəbərlər
Bu gün, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Bu gün, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Bu gün, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi - VİDEO

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Oxşar xəbərlər