Mayın 28-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.
XİN-in rəsmisi Fransa səfirinə mayın 27-də Parisin merinin Arayik Harutyunyanla görüşməsi ilə bağlı etirazını bildirib.
Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa və Azərbaycan münasibətlərinə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.
Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.