Azərbaycan ÜST-ə müraciət edərək 3 min meymunçiçəyi diaqnostik testi alıb. Bu barədə iyulun 5-də Səhiyyə Nazirliyi məlumat verib.
Belə ki, ölkədə şübhəli hallar yarandıqda xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. İyunun 30-da Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib.
İyulun 1-də isə Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib ki, meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur.