Cari ilin ilk 4 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşlar plastik kartlar vasitəsilə 686,3 milyon manat vəsait xərcləyiblər. Bu barədə məlumat 31 may tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi hesabatında əks olunub.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu məbləğ 2 dəfə çoxalıb. Cari ildə ən çox vəsait yanvar ayında - 204,7 milyon manat xərclənib. Fevral ayında 186,5 milyon manat, mart ayında 158,5 milyon manat, aprel ayında isə 136,6 milyon manat xərclənib.
Qeyd edək ki, 2020-ci ildə bu məbləğ 231,7 milyon manat, 2021-ci ildə isə 341,7 milyon manat təşkil edib.