2022-ci ilin ilk 5 ayında Azərbaycana Gürcüstandan 96,6 milyon dollar dəyərində 11 677 ədəd avtomobil gətirilib. Bu barədə Gürcüstan Milli Statistika İdarəsinə istinadən APA məlumat verib.
Avtomobillərin sayı ötən illə müqayisədə 14% azalıb, lakin idxal məbləği 5% artıb.
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində ölkəmizə ümumilikdə 369,4 milyon dollar dəyərində 28 mindən çox avtomobil gətirilib.