top
Azərbaycana qarşı sanksiyalar haqda ən çox verilən 10 sualın cavabları
20 oktyabr 2022, 07:48
- ↺ +

Azərbaycana qarşı sanksiyalar haqda ən çox verilən 10 sualın cavabları

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

15 noyabr tarixinə Fransa Senatında qətnamə layihəsi ilə bağlı səsvermə təyin edilib. Bu qətnamə Azərbaycanın “kütləvi cinayətlər və hərbi cinayətlərdə” ittiham edilməsi, ölkəmizə qarşı sanksiyaların tətbiqi və “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” ilə bağlıdır.

1)    Əsas təhlükə nədən ibarətdir? Senatın qətnamə layihəsində bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair çağırış yer alıb. Dövlət büdcəmizin, demək olar ki, yarısı neft və qaz satışından olan vəsaitlərdən formalaşır. Sanksiyalar tətbiq olunduğu halda, dövlət büdcəsi kəskin azalacaq. Dövlət işçilərinin əməkhaqları azaldılacaq, qəfil qiymət artımı baş verəcək, həmçinin qida məhsullarının qiyməti artacaq.

2)    Başqa təhlükələr varmı? Fransa Ermənistanı müasir silahla təchiz etməyə başlaya bilər. Bu, yeni müharibəyə təkan verəcək. Bu halda ermənilər təkcə Gəncəni, Bərdəni və Tərtəri deyil, həmçinin Bakını, Sumqayıtı və Xırdalanı da raket atəşinə tutacaq.

3)     Azərbaycana qarşı hansı tələblər irəli sürülür? Senatın qətnamə layihəsində bizdən bunlar tələb olunur: Laçın dəhlizindən çıxmaq, ermənilərin Qarabağa “geri dönmək haqlarını” təmin etmək, “erməni dini-mədəni irsinin qorunub-saxlanılmasını” təmin etmək.

4)     Təşəbbüskar kimdir? Senatın 4 fərqli partiyadan olan 6 üzvü. Azərbaycana qarşı olan qətnamə layihəsinin 6 müəllifindən ikisi Sosialist partiyasını təmsil edir ki, bu partiya da Senatda ən çox sayda yerə sahibdir (348-dən 141-i).

5)     Bu, niyə realdır? Fransanın əksər siyasətçiləri artıq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin lehinə çıxış ediblər. Bu haqda hələ 13 sentyabr tarixində Avropa Parlamentinin millət vəkili Fransua-Ksavye Bellami bəyan etmişdir. 15 sentyabr tarixində Senatın üzvü olan Baleri Buaye Twitter hesabında bunları yazıb: “Fransa aqressor olan Azərbaycana qarşı sanksiyalar tələb etməlidir”. 29 sentyabr tarixində Marselin bələdiyyə müşaviri Avrora Bruna Twitter vasitəsilə Fransa prezidentinə müraciət edib: “Ermənistana silah və sülhməramlılar! Azərbaycanın şiddətlə qınanılması! Fransa Ermənistana kömək etməlidir”. 9 oktyabr tarixində “Xalq Cumhuriyyəti İttifaqı” partiyasının lideri Fransua Asselino Twitterdə bunları yazıb: “Bir neçə kubmetr qazın müqabilində... Makronun başçılıq etdiyi avropalılar Azərbaycanın sui-istifadələri qarşısında erməni xalqını pulsuz, silahsız və diplomatik fəaliyyətsiz qoyurlar. Bu, tanrısızlıqdır!

6)    Sanksiyaları dayandırmaq mümkündürmü? Bəli, lakin o şərtlə ki, ən azı on minlərlə azərbaycanlı öz etirazını ictimai şəkildə bəyan edəcək. O zaman Azərbaycana qarşı olan sanksiyaların əleyhinə olanlar səslənəcəklər. Səslənəcək kəslər İtaliyada, Bolqarıstanda, Yunanıstanda, Macarıstanda və Slovakiyada çoxluq təşkil edirlər. Bu ölkələrə Azərbaycan qazının idxalı dayandırıldığı halda, inflyasiya kəskin şəkildə artacaq. Əgər biz sussaq, onlar bizim əvəzimizə çıxış edəsi deyillər.

7)      Nə etmək lazımdır? Bu linkə daxil olun https://bit.ly/3yBv7cl. Burada Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyaya dəstək olmaq üçün təlimatlar mövcuddur. Səs verin! Hər bir səs önəmlidir!

8)     Daha nə etmək olar? Bu linki öz yaxınlarınız, dostlarınız, tanışlarınızla paylaşın. Onları səs verməyə çağırın! Qoy öz sosial şəbəkələrindəki hesablarında paylaşsınlar. Məşhur blogerlərə yazın, onları petisiya haqqında yazmağa çağırın!

9)     Səs vermək niyə vacibdir? Bu günə qədər Fransa və digər Avropa ölkələri mütəmadi olaraq ancaq ermənilərin şikayətlərini eşidir: onların necə qurban olduqlarını və Azərbaycanın necə qorxunc olduğunu. Azərbaycanlılar isə həmişə susur. Fransızlar və digər avropalılar hesab edirlər ki, Azərbaycanın Prezidenti Qarabağı öz şəxsi ambisiyalarına görə müdafiə edir. Ona görə də vacibdir ki, bizi eşitsinlər! Yalnız bu halda Avropadakı potensial müttəfiqlərimizin dəstəyinə arxalana bilərik.

10)    Azərbaycanlıların səsləri neçə sayda olmalıdır ki, bu, uğur hesab edilə bilsin? Heç olmasa, təxminən 100.000 səs göstəricisinə yaxınlaşmalıyıq. O zaman Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiya Avropanın ən iri mediasının diqqətini cəlb edəcək. Səslər qeyd olunan saydan da çox olsa, bizi görməmək mümkün olmayacaq. Bu – realdır, axı biz milyonlarıq! Əgər hər kəs bir neçə dəqiqə sərf edib səs versə, biz erməni təbliğatını susduracağıq. Tənbəllik etməyin, səs verin!

Petisiyanın azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın TÜRK dilində imzalanma qaydası

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq


 











View this post on Instagram























 

A post shared by insanoid (@_insanoid_)


Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər