Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub. Bu barədə iyunun 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, 14 nəfər sağalıb, vəfat edən olmayıb. Ölkədə 55 aktiv xəstə var.
Son sutkada COVID-19 əleyhinə 1 772 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 737 949 təşkil edib.
![]()